• çərşənbə, 24 Aprel, 18:11
  • Baku Bakı 23°C

Prezident fərmanının icrası ləngiyir

07.01.15 16:43 928
Prezident fərmanının icrası ləngiyir
Prezident İlham Əliyevin 17 dekabr tarixli fərmanına əsasən, nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmələri ilə bağlı tələb bu ilin yanvarın 1-dən qüvvəyə minsə də, fərmanın icrasına hələ ki, başlanılmayıb. Lent.az-ın məlumatına görə, VVAQ şöbələrində yeni evlənənlərin ərizəsi köhnə qayda ilə qəbul edilir.
Ailə Məcəlləsinə edilən dəyişikliyə əsasən, nikaha daxil olmaq istəyən şəxslər siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən xəstəliklər üzrə tibbi müayinədən keçməlidir. lakin hələlik Səhiyyə Nazirliyi bu xəstəliklərin siyahısını tərtib etməyib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindfən Lent.az-a verilən məlumata görə, bununla bağlı layihə üzərində iş gedir: "Fərmanda da deyildiyi kimi, Səhiyyə Nazirliyi 3 ay ərzində icbari tibbi müayinə üçün tələb olunan xəstəliklərin siyahısını hazırlamalı və Nazirlər Kabinetinin təsdiqinə verməlidir. Hazırda bu layihə hazırlanır".
İcbari tibbi müayinələrin hansı qaydada və hansı xəstəxanalarda aparılacağına gəlincə, nazirliyin mətbuat xidmətindən bildirilib ki, bununla əlaqədar qaydalar da hazırlanır.
banner

Oxşar Xəbərlər