AZE | RUS | ENG |

Prezident fərmanının icrası ləngiyir

Prezident fərmanının icrası ləngiyir
VVAQ şöbələrində yeni evlənənlərin ərizəsi köhnə qayda ilə qəbul edilir


Prezident İlham Əliyevin 17 dekabr tarixli fərmanına əsasən, nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmələri ilə bağlı tələb bu ilin yanvarın 1-dən qüvvəyə minsə də, fərmanın icrasına hələ ki, başlanılmayıb. Lent.az-ın məlumatına görə, VVAQ şöbələrində yeni evlənənlərin ərizəsi köhnə qayda ilə qəbul edilir. Ailə Məcəlləsinə edilən dəyişikliyə əsasən, nikaha daxil olmaq istəyən şəxslər siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən xəstəliklər üzrə tibbi müayinədən keçməlidir. lakin hələlik Səhiyyə Nazirliyi bu xəstəliklərin siyahısını tərtib etməyib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindfən Lent.az-a verilən məlumata görə, bununla bağlı layihə üzərində iş gedir: "Fərmanda da deyildiyi kimi, Səhiyyə Nazirliyi 3 ay ərzində icbari tibbi müayinə üçün tələb olunan xəstəliklərin siyahısını hazırlamalı və Nazirlər Kabinetinin təsdiqinə verməlidir. Hazırda bu layihə hazırlanır". İcbari tibbi müayinələrin hansı qaydada və hansı xəstəxanalarda aparılacağına gəlincə, nazirliyin mətbuat xidmətindən bildirilib ki, bununla əlaqədar qaydalar da hazırlanır.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8952
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1496
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1764
CHF 1 1 İsveçrə frankı 1.6853
KWD 1 1 Küveyt dinarı 5.5846
TRY 1 1 Türkiyə lirəsi 0.2775