• cümə axşamı, 18 aprel, 11:57
  • Baku Bakı 12°C

Prezident Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissəsindəki Təlim-Tədris Mərkəzi ilə tanış olub

16.05.18 13:49 887
Prezident Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissəsindəki Təlim-Tədris Mərkəzi ilə tanış olub
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanıİlham Əliyevmayın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordusunun "N” saylı hərbi hissəsindəki Təlim-Tədris Mərkəzində yaradılan şəraitlə tanış olub.
APA-nın məlumatına görə, Azərbaycan müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev dövlət başçısına raport verib.
Yeni yaradılan hərbi hissədə əsgər yataqxanaları, Əsgəri-Məişət Kompleksi, Təlim-Tədris Mərkəzi, qərargah binası, xəstəxana inşa olunub, sıra meydanı, idman şəhərciyi salınıb.
Sonra prezident Əlahiddə Ümumqoşun Ordusunun "N” saylı hərbi hissəsinin yeni hərbi xəstəxanasının açılışını edib.
Dövlət başçısı xəstəxana binasının rəmzi açılışını bildirən lenti kəsib.
Sonra dövlət başçısı silahlanmaya yeni qəbul edilən hərbi texnika ilə tanış olub.
banner

Oxşar Xəbərlər