• cümə, 29 Mart, 13:05
  • Baku Bakı 14°C

Prezident Əhməd Davudoğlunu qəbul edib

11.06.13 16:07 1419
Prezident Əhməd Davudoğlunu qəbul edib
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunu qəbul edib. Lent.az-ın məlumatına görə, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Prezident Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb.
Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, yüksək səviyyədə görüşlərin və qarşılıqlı səfərlərin əlaqələrimizin daha da möhkəmlənməsi işinə xidmət etdiyi bildirilib. Söhbət zamanı son vaxtlar Bakıda keçirilən mühüm beynəlxalq tədbirlərin ölkələr və xalqlar arasında əməkdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib.
İ.Əliyev Prezident Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyənin prezidentinə və baş nazirinə çatdırmağı xahiş edib.
banner

Oxşar Xəbərlər