• cümə, 29 Mart, 10:47
  • Baku Bakı 5°C

Prezident Cocuq Mərcanlıya pul ayırdı

14.02.18 20:10 762
Prezident Cocuq Mərcanlıya pul ayırdı
Azərbaycan prezidentiİlham ƏliyevCəbrayılrayonunun Cocuq Mərcanlı kəndinin əkin sahələrininsuvarma suyu ilə təmin edilməsi üçün əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə,Cəbrayılrayonunun Cocuq Mərcanlı kəndinin, eləcə dəFüzulirayonunun Mirzənağılı və Qazaxlar kəndlərinin ümumilikdə 680 hektar əkin sahəsinin suvarma suyu ilə təmin edilməsi üçün həyata keçirilən tikinti işlərini başa çatdırmaq məqsədi ilə "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.47.13-cü yarımbəndində göstərilmiş məbləğin 700 000 manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
banner

Oxşar Xəbərlər