AZE | RUS | ENG |

"Prezident çıxışı ilə Paşinyanın hakimiyyətinə qəbir qazdı"

"Azərbaycan Prezidentinin Dağlıq Qarabağ münaqişəsinin tənzimləməsi ilə bağlı Ermənistanın yalanları, onların beynəlxalq aləmə sırımaq istədikləri fikirlərinə reaksiya verməsi çox müsbət haldır. Çünki, Prezident İlham Əliyevin həm diplomatasiyası, həm intellekti, həm də beynəlxalq aləmdə nüfuzu sayəsində Onun fikirləri daha sürətlə beynəlxalq ictimaiyyətə çatacaq və qərar verən şəxslərin diqqətinə çatacaq”. Bu fikirləri SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Azərbaycan Prezidentinin ötən gün Soçidə çıxışını xatırladan politoloq söyləyib ki, ölkə başçısının da qeyd etdiyi kimi Dağlıq Qarabağ adında xalq, Artsax adı mövcud deyil: "Bütün bunlar ermənilərin uydurmasıdır. Bu fikirlərin Ölkə başçısının dilindən eşidilməsi nəticəsində xarici dairələr tərəfindən Ermənistana münasibət bldiriləcək ki, hanı o xalq?”.
O bildirib ki, Dağlıq Qarabağda yaşayan ermənilərin dili ilə, Ermənistanda yaşayanların dili arasında cəmi 15 faiz fərq var: Bu da ona görədir ki, Dağlıq Qarabağda yaşayan ermənilərin böyük əksəriyyəti İrandan gəlmədir və onlar İranda da azərbaycanlıların içərisində yaşayıblar. Bu baxımdan Dağlıq Qarabağ ermənilərinin danışığında türk sözləri var. Bununla yanaşı, Dağlıq Qarabağ ermənilərinin bir qrupu da Osmanlıdan köçürmələrdir ki, onların da danışığında türk sözlərinə rast gəlmək mümkündür. Məhz bu amillər Dağlıq Qarabağda yaşayan ermənilərin dili ilə, Ermənistanda yaşayanların dili arasında cəmi 15 faiz fərqi əmələ gətirir. Onlar üz quruluşu, davranışı, məişəti ermənidir. Əgər onlar ayrı erməni xalqı axtarırlarsa, o zaman diaspor ermənisi ilə İrəvan ermənisi, Qərbi erməni dili ilə şərqi erməni dili bir-birindən düz 90 faiz fərqləndiyini nəzərə almalıdırlar. Çünki onların bir-biriləri ilə ünsiyyət qurması üçün tərcüməçi lazımdır. Hətta buna görə diaspora tərəfindən tərcümə kitabı da hazırlanmalı idi. Belə olanda necə olur ki, 100 faizə yaxın dili ayrı olana sən xalq deyirsən, amma cəmi 15 faiz dili oxşar olanı ayrı xalq adlandırırsan? Bütün bunları nəzərə alaraq Azərbaycan Prezidenti İlham Əliyev ötən gün Soçidə beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışan Ermənistanın yalanlarına son verdi”.
M. Əhmədoğlu qeyd edib ki, əgər Paşinyan münaqişənin qondarma "Dağlıq Qarabağ xalqı” və Azərbaycan xalqı tərəfindən həll edilməsinin düzgün olduğunu söyləyirsə, o zaman ilk növbədə bunun mexanizmini ortaya qoymalıdır: "O, ortaya qoyulan variantın erməni xalqı, qondarma "Dağlıq Qarabağ” xalqı və Azərbaycan xalqını qane etdiyini hansı qaydada ölçəcək? Əgər Referendum yolu ilədirsə, o zaman buyursun keçirsin. Hazırda azərbaycanlıların sayı ermənilərin sayından 3-4 dəfə çoxdur. Belə olan halda Azərbaycan əlbəttə ki, üstünlük qazanacaq. Bunları düşünməyən insan savadsızdır. Paşinyanın nüfuzu onsuz da yox idi. Lakin Azərbaycan Prezidenti ötəngünkü çıxışı ilə Paşinyan dövrünün hakimiyyətinə qəbir qazdı, o, artıq məzarlıqdır. İnanıram ki, yaxın müddətdə Ermənistan dövlətçiliyinə də qəbir qazacağıq”.


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8829
GEL 1 1 Gürcüstan larisi 0.573
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1791
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1738
CHF 1 1 İsveçrə frankı 1.7109
KWD 1 1 Küveyt dinarı 5.5993
TRY 1 1 Türkiyə lirəsi 0.289