• şənbə, 20 Aprel, 17:07
  • Baku Bakı 23°C

Prezident çıxış edir, Maradona isə yatır... - Video

10.12.14 13:47 1155
Prezident çıxış edir, Maradona isə yatır... - Video
Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradona dekabrın 9-da Venesuelada keçirilən rəsmi tədbirdə yatıb.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, Maradona ölkə prezidenti Nikolas Maduronun çıxışı zamanı fəxri qonaqlar üçün kürsüsündə yatıb.
Məşhur futbolçu Perunun müstəqilliyi uğrunda gedən müharibədə həlledici olan Ayakuço döyüşünün 190 illiyinə həsr edilmiş təntənələrdə iştiraka dəvət edilib.
Maduro öz nitqində 54 yaşlı idmançını xatırladaraq onu üsyançı və inqilabçı adlandırıb: “Aramızda həyatın başqa meydanlarında, futbol meydanında fenomen olan üsyançı var, əlbəttə, amma bu, fikir sahələrinə aiddir, çünki, o, inqilabçıdır. Söhbət Dieqo Maradonadan gedir”.
Amma Maradona bu sözləri eşitməyib. Arxasında oturan adamın onun kürəyinə toxunmasından sonra futbolçu ayılıb və toplaşanları salamlayıb. (Trend.az)
banner

Oxşar Xəbərlər