• şənbə, 20 Aprel, 02:00
  • Baku Bakı 15°C

Prezident: “Cənub Qaz Dəhlizinin icrasında Avropa maliyyə təşkilatlarının yaxından iştirakı əhəmiyyətli olacaq”

23.02.17 14:54 788
Prezident: “Cənub Qaz Dəhlizinin icrasında Avropa maliyyə təşkilatlarının yaxından iştirakı əhəmiyyətli olacaq”
"Bu tədbirdə müxtəlif ölkələrdən mötəbər nümayəndələr iştirak edir. AzərbaycanAvropa Komissiyasıilə bu mühüm layihələrin həyata keçirilməsində sıx əməkdaşlıq qurub. Biz unikal və nümunəvi beynəlxalq əməkdaşlıq formatını yarada bildik”.
APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidentiİlham ƏliyevBakıda keçirilən "Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının III iclasında deyib.
Dövlət başçısı bildirib ki, Cənub Qaz Dəhlizi layihəsinin icrası gələcək əlaqələr üçün də vacib amildir: "1994-cü ildə imzalanan "Əsrin müqaviləsi” enerji layihələrinin həyata keçirilməsində əhəmiyyətli rolu olub. Müasir Azərbaycanın nailiyyətləri bunun sayəsində mümkün olub. Cənub Qaz Dəhlizi layihəsinin icrasında "Şahdəniz” qaz yatağı böyük əhəmiyyət daşıyır. Bu yataq Azərbaycanın nəhəng qaz ehtiyatlarına malik ölkə kimi tanınmasında mühüm rol oynayır. Layihə üzrə regional iş birliyi əhəmiyyətlidir. Uzun illər boyu Azərbaycan, Türkiyə və Gürcüstan tərəfindən icra olunan enerji dəhlizləri buna misaldır”.
Prezident qeyd edib ki, bu cür toplantılar layihənin vaxtında və keyfiyyətli icra olunmasında xüsusi rol oynayır: "Ötənilki görüşdən sonra bir çox irəliləyiş olub. Azərbaycan "Abşeron" qaz yatağının da işlənilməsinə başlayıb. Bu, Azərbaycanın qaz potensialının yalnız "Şahdəniz”lə məhdudlaşmadığını göstərir. 21-ci əsrin layihəsi olan Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində beynəlxalq maliyyə qurumlarının fəaliyyətini qeyd etmək istəyirəm. Avropa maliyyə təşkilatlarının da layihənin icra olunmasında yaxından iştirak etməsi əhəmiyyətli olacaq.
Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi məsələsidir, enerji təhlükəsizliyi isə ölkələrin milli təhlükəsizliyidir. Bu sahədə mövcud beynəlxalq əməkdaşlıq qarşılıqlı etimadın nümunəsidir. Layihə çərçivəsində nəzərdə tutulan ekoloji məsələlər yüksək standartlara əsaslanır”.
banner

Oxşar Xəbərlər