• cümə, 19 Aprel, 23:23
  • Baku Bakı 24°C

Prezident çayçılığın inkişafına dair dövlət proqramını təsdiq edib

12.02.18 18:48 541
Prezident çayçılığın inkişafına dair dövlət proqramını təsdiq edib
Azərbaycan prezidentiİlham Əliyev"Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqındasərəncam imzalayıb.

APA-nın məlumatına görə, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi məqsədi iləMaliyyə Nazirliyivə İqtisadiyyat Nazirliyi hər il, müvafiq olaraq, dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində maliyyə vəsaitinin nəzərdə tutulması üçün zəruri tədbirlər görməlidir.

Kənd Təsərrüfatı Nazirliyiisə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin və Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan prezidentinə məlumat verməlidir.
banner

Oxşar Xəbərlər