• cümə axşamı, 25 aprel, 19:55
  • Baku Bakı 21°C

Prezident: “Bolqarıstan üçün “Cənub Qaz Dəhlizi“nin əhəmiyyəti böyükdür“

28.04.15 11:53 856
Prezident: “Bolqarıstan üçün “Cənub Qaz Dəhlizi“nin əhəmiyyəti böyükdür“
""Cənub Qaz Dəhlizi" layihəsi Avropa İttifaqı, xüsusilə də Bolqarıstan və Cənub-Şərqi Avropa üçün strateji əhəmiyyət kəsb edir".
Trend-in məlumatına görə, bunu Bakıda III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak edən Bolqarıstan prezidenti Rosen Plevneliyev jurnalistlərə açıqlamasında bildirib.
R.Plevneliyev qeyd edib: “Biz gələcəyə hesablanan bu layihəyə görə sizə (Azərbaycana - red.) minnətdarıq”.
Onun sözlərinə görə, “Cənub Qaz Dəhlizi” layihəsi Avropanın bir mənbədən qaz asılılığına son qoyacaq.
Prezident deyib ki, Bolqarıstan gələcəkdə Transadriatik qaz kəməri ilə (TAP) birləşəcək boru xətti inşa etmək niyyətindədir: “Bununla da Bolqarıstan Azərbaycandan qaz almaq imkanı əldə edəcək. Bizim Azərbaycanla ildə bir milyarddan çox qaz alışı barədə müqaviləmiz var. Biz bu müqaviləni mümkün qədər tez aktivləşdirmək istərdik”.
R.Plevneliyev bildirib ki, Azərbaycan qazının idxalı Bolqarıstanın milli təhlükəsizliyinin tərkib hissəsidir: “Əgər enerjidaşıyıcıların idxalı üçün birdən çox mənbəniz varsa, rahat yata bilərsiniz”.
Onun sözlərinə görə, bu, zavodların, müəssisələrin, eləcə də investisiyalar baxımından rəqabəti artıra bilər.
banner

Oxşar Xəbərlər