• çərşənbə axşamı, 16 aprel, 14:05
  • Baku Bakı 19°C

Prezident: “Bölgələrdə sərmayə qoyuluşu regional inkişaf proqramlarının icrası üçün çox önəmlidir”

30.01.18 09:40 541
Prezident: “Bölgələrdə sərmayə qoyuluşu regional inkişaf proqramlarının icrası üçün çox önəmlidir”
"Bölgələrdə sərmayə qoyuluşu regional inkişaf proqramlarının icrası üçün çox önəmlidir. Dövlət öz rolunu oynayıb və oynayacaq. Əgər dövlət sərmayəsi olmasaydı, bölgələrdə heç bir inkişafdan söhbət gedə bilməzdi”
APA-nın xəbərinə görə, bunu prezidentİlham Əliyevyanvarın 29-da "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda yekun nitqində deyib.
Dövlət başçısı qeyd edib ki, bu gün bölgələrə sərmayə qoyan daha çox yerli iş adamlarıdır: "Əlbəttə, burada təbii ki, iqlim amili də var. İndi hansısa məhsulu yetişdirmək üçün müəyyən bir regionda sərmayə qoyulmalıdır. Eyni zamanda, rayonlarda yaşanan mühit, mövcud olan ab-hava, investisiya iqlimi də rol oynayır. Ona görə yerli icra orqanları bu işlərdə daha fəal olmalıdırlar. Onlar iş adamlarını cəlb etməlidirlər ki, gəlib sərmayə qoysunlar. Ancaq iş adamı sərmayə yatırmaq istəyəndə bəzi hallarda onların qabağına müəyyən şərtlər qoyurlar. Düzdür, belə hallar azalıb, amma hələ də var. Ona görə yerli icra orqanları sərmayəni cəlb etməlidirlər. O da həqiqətdir ki, ucqar rayonlar, kiçik rayonlar var. Oraya qoyulan sərmayə böyük rayonlara qoyulan sərmayə ilə müqayisə edilə bilməz. Burada biz vahid bir qrafik əsasında təhlil apara bilmərik. Ancaq, eyni zamanda, hər bir rayonda özəl sərmayəni cəlb etmək, sahibkarlara şərait yaratmaq üçün yerli icra orqanları, onların rəhbərləri fəal işləməlidirlər”.
Prezidentİlham Əliyevbildirib ki, keçən il sərmayə qoyuluşuna görə ilk onluğa aşağıdakı rayonlar daxil edilib - Salyan, Qəbələ, Qazax, Lənkəran, Abşeron, Ağstafa, Sumqayıt, Xaçmaz, Gəncə, İsmayıllı: "Keçən il ən çox investisiyalar bu rayonlara qoyulub. Ancaq ümumi həcminə görə 100 milyon manatdan çox olan sərmayə layihələri beş rayonda icra ediləcək. Onların arasında birinci yerdə Abşeron rayonudur. Qoyulacaq sərmayənin həcmi 250 milyon manat səviyyəsində gözlənilir. İkinci yerdə Sumqayıt şəhəridir, 186 milyon manat. Üçüncü yerdə Saatlı rayonudur, 152 milyon manat. Dördüncü yerdə Salyan rayonudur, 126 milyon manat. Beşinci yerdə Qəbələ rayonudur, 116 milyon manat. Yəni, həcmi 100 milyon manatdan artıq olan layihələr rayon üçün, əlbəttə ki, çox yaxşı rəqəmdir. Yüz milyon manata bir qədər çatmayan, - amma mən onu da qeyd etməliyəm, - Gəncə şəhəridir, 98 milyon manat investisiya qoyuluşu nəzərdə tutulur. Yəni, bunlar çox böyük rəqəmdir, çox yaxşı göstəricidir. İndi məndəki bu cədvəldə bütün rayonlara qoyulan və qoyulacaq sərmayənin həcmi var. Bu, geniş, ciddi təhlil ediləcək. Ancaq deməliyəm ki, bu proses artıq başladı. Burada həm dövlət qurumları, həm də iş adamları və yerli icra orqanları birgə işləyirlər və birgə işləməlidirlər”.
banner

Oxşar Xəbərlər