• şənbə, 20 Aprel, 08:25
  • Baku Bakı 14°C

Prezident: “Biz elektrik enerjisini idxal edirdik, artıq ixrac etməyə başlamışıq”

17.04.17 15:20 986
Prezident: “Biz elektrik enerjisini idxal edirdik, artıq ixrac etməyə başlamışıq”
"Biz elektrik enerjisini idxal edirdik, artıq ixrac etməyə başlamışıq, 30-a yaxın elektrik stansiyası tikilib istifadəyə verilib. Bu, inkişaf üçün birinci şərtdir. Əgər enerji gücü olmasa, heç bir müəssisəni yaratmaq mümkün olmayacaq”.
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidentiİlham Əliyevqeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində deyib.
Dövlət başçısı qeyd edib ki, digər tərəfdən infrastruktur layihələri sosial xarakter daşıyır: "Çünki dayanıqlı enerji ilə vətəndaşları təmin etmək hər bir dövlətin borcudur. Biz buna da nail olduq. Əvvəlki illəri yaxşı xatırlayırıq, işıqlar sönürdü, hətta Bakı şəhərində fasilələr yaranırdı. Bu gün isə biz dayanıqlı elektrik enerjisini demək olar ki, təmin etmişik. Hələ də işlər gedir, enerji infrastrukturu yeniləşir, yarımstansiyalar tikilir, yeni xətlər çəkilir, elektrik dirəkləri təzələnir. Ancaq demək olar ki, biz işlərin böyük hissəsini görə bilmişik”.
banner

Oxşar Xəbərlər