• cümə, 29 Mart, 01:02
  • Baku Bakı 7°C

Prezident bir sıra görüşlər keçirib

01.10.14 14:12 1020
Prezident bir sıra görüşlər keçirib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 1-də İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrini qəbul edib.
Görüşdə Azərbaycan ilə İSESCO arasında uzun illər davam edən səmərəli əməkdaşlığın uğurla inkişaf etdiyi məmnunluqla qeyd olundu, əlaqələrimizin bundan sonra daha da inkişaf etdiriləcəyinə əminlik bildirildi. Söhbət zamanı Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətindən danışıldı, xalqlararası əlaqələrin və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi baxımından Forumun önəmi vurğulandı./trend/
X X X X X X
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 1-də İtaliyanın keçmiş Baş naziri, Tədqiqat və Qanunvericilik Agentliyinin baş katibi Enriko Lettanı qəbul edib.
Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya uğurlu səfərini maraqla izlədiyini deyən Enriko Letta ölkəmizin İtaliyada həyata keçirdiyi humanitar layihələrin əhəmiyyətini vurğuladı.
Dövlətimizin başçısı İtaliyaya səfərini və keçirdiyi görüşləri məmnunluqla xatırladı. Prezident İlham Əliyev səfər zamanı ölkələrimiz arasında qəbul olunan strateji tərəfdaşlıq haqqında birgə Bəyannamənin önəmini vurğuladı.
Görüşdə Bakıda keçiriləcək Beynəlxalq Humanitar Forumun əhəmiyyətindən danışıldı, ölkələrarası əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində Forumun önəmi qeyd olundu, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
X X X X X X
Prezident İlham Əliyev oktyabrın 1-də Estoniyanın keçmiş Prezidenti Arnold Rüüteli də qəbul edib.
Dövlətimizin başçısı Bakıda keçiriləcək Beynəlxalq Humanitar Forumun yaxşı ənənə halı aldığını və tədbirə marağın ildən-ilə artdığını qeyd etdi. Prezident İlham Əliyev bu il Forumda dünyanın 60 ölkəsindən dövlət xadimlərindən və alimlərdən ibarət çoxlu nümayəndə heyətinin iştirak edəcəyini vurğulayaraq Bakı Humanitar Forumunun artıq mühüm beynəlxalq hadisəyə çevrildiyini dedi.
Bakı Beynəlxalq Humanitar Forumuna dəvətə görə minnətdarlığını bildirən Estoniyanın keçmiş Prezidenti Arnold Rüütel tədbirin dünyanın müxtəlif ölkələrinin və xalqlarının geniş dairəsini əhatə etməsinin önəmini vurğuladı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Forumun hər il yüksək səviyyədə təşkil olunmasından məmnunluğunu ifadə edən qonaq tədbirin mühüm əhəmiyyət daşıdığını dedi./trend/
banner

Oxşar Xəbərlər