• cümə, 19 Aprel, 06:00
  • Baku Bakı 13°C

Prezident BTİ-nin baş katibini qəbul edib

05.12.17 13:15 2245
Prezident BTİ-nin baş katibini qəbul edib
Azərbaycan prezidentiİlham ƏliyevBeynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Çjaonu qəbul edib.

APA-nın məlumatına görə, görüşdə Azərbaycan ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.

Dövlət başçısı Azərbaycanda XXIII Bakutel-2017 sərgisində dünyanın bir çox ölkələrindən 190-dan artıq şirkətin iştirak etməsindən məmnunluğunu bildirərək, Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Çjaonun Bakutel-2017-də iştirakının sərginin artıq mühüm beynəlxalq tədbirə çevrilməsinin göstəricisi kimi dəyərləndirib.

Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Çjao XXIII Bakutel-2017 sərgisinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq, prezidentİlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda son illər rabitə və informasiya-kommunikasiya sahələrində nailiyyətlər əldə olunduğunu qeyd edib. Qonaq bu səfəri zamanı Azərbaycanda rabitə və informasiya-kommunikasiya sahələrində bir sıra start-up layihələri ilə tanış olduğunu və bu layihələrin bir hissəsinin reallaşacağına əminliyini bildirib.

Söhbət zamanı Azərbaycan ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər