• cümə, 29 Mart, 18:50
  • Baku Bakı 14°C

Prezident Beynəlxalq Sərgilər Bürosunun nümayəndə heyətini qəbul edib

18.04.18 20:11 774
Prezident Beynəlxalq Sərgilər Bürosunun nümayəndə heyətini qəbul edib
Azərbaycan prezidentiİlham ƏliyevKoreya Respublikasının Beynəlxalq Sərgilər Bürosunda nümayəndəsi, səfir Cai-Çul Çoyun başçılıq etdiyi Beynəlxalq Sərgilər Bürosunun nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, nümayəndə heyətinin adından çıxış edən Cai-Çul Çoy dövlət başçısını ölkəmizdə keçirilən prezident seçkilərində qələbəsi və inauqurasiya mərasimi münasibətilə təbrik edib.

Cai-Çul Çoy qeyd edib ki, Azərbaycan kimi gözəl bir ölkəni tanımaq şansı əldə etmələrindən və burada gedən dinamik proseslərin şahidi olmalarından məmnunluq hissi keçirirlər. Cai-Çul Çoy bildirib ki, nümayəndə heyətinin səfərinin əsas məqsədi Azərbaycanda mövcud olan şəraiti və imkanları araşdırmaqdır. Qonaq səfər zamanı ölkəmizdə bir sıra səmərəli görüşlər keçirdiklərini, bu müddət ərzində apardıqları müşahidələr nəticəsində müsbət mövqedə olduqlarını vurğulayıb.
Prezidentİlham Əliyevtəbriklərə görə minnətdarlığını bildirib.
Azərbaycanın gənc müstəqil dövlət olduğunu deyən dövlət başçısı qısa müddət ərzində siyasi, iqtisadi və sosial sahələrdə genişmiqyaslı islahatlar həyata keçirildiyini, ölkəmizin artıq uğurlu inkişaf, eləcə də siyasi, iqtisadi və dövlət quruculuğu sahələrində sürətli transformasiya nümayiş etdirməyə nail olduğunu bildirib. Prezidentİlham Əliyevqeyd edib ki, bu illər ərzində görülən işlər göstərir ki, gənc bir dövlət çox uğurla müstəqil yaşaya və çoxlu sayda beynəlxalq tədbirlər təşkil edə bilər. Dövlət başçısı Bakının artıq siyasi, mədəni və idman sahələrində bir çox mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini vurğulayıb.

Prezidentİlham Əliyevnümayəndə heyətinin Azərbaycana səfərinin ölkəmizlə və burada əldə olunan nailiyyətlərlə yaxından tanış olmaq üçün yaxşı fürsət yaratdığını deyib, səfərin uğurlu keçəcəyinə ümidvar olduğunu bildirib.
banner

Oxşar Xəbərlər