• çərşənbə axşamı, 16 aprel, 18:31
  • Baku Bakı 18°C

Prezident Balakənin 10 yaşayış məntəqəsini birləşdirən yolun tikintisinə 3 mln. manat ayırıb

05.08.17 18:33 1965
Prezident Balakənin 10 yaşayış məntəqəsini birləşdirən yolun tikintisinə 3 mln. manat ayırıb
Azərbaycan prezidentiİlham ƏliyevBalakən rayonunun Balakən-Qazbinə-İtitala avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, sərəncama əsasən, 18 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Balakən-Qazbinə-İtitala avtomobil yolunun tikintisi məqsədi ilə 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş prezidentin ehtiyat fondundan "Azəravtoyol" ASC-yə ilkin olaraq 3 mln. milyon manat ayrılıb.
Maliyyə Nazirliyibu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etməlidir.
banner

Oxşar Xəbərlər