• cümə axşamı, 28 mart, 17:34
  • Baku Bakı 16°C

Prezident Balakəndə “ABAD Mərkəz”in açılışında iştirak edib - Fotolar

03.08.17 14:40 2512
Prezident Balakəndə “ABAD Mərkəz”in açılışında iştirak edib - Fotolar
Azərbaycan prezidentiİlham ƏliyevBalakəndə "ABAD Mərkəz”in açılışında iştirak edib.
APA-nın məlumatına görə, prezidentİlham Əliyevəvvəlcə rayonun Katex kəndində yerləşən "Balxurma” müəssisəsinin 2016-2017-ci illər üzrə fəaliyyəti və gələcək planları ilə bağlı məlumatları əks etdirən stendlərə baxıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov "ABAD” layihəsi çərçivəsində görülən işlər barədə dövlət başçısına məlumat verib.
Prezidentİlham Əliyev"ABAD” layihəsi çərçivəsində Balakəndə və digər rayonlarda istehsal edilən məhsullara baxıb.
"ABAD Mərkəz” ilə tanışlıqdan sonra prezidentİlham Əliyevrayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Sonda xatirə şəkli çəkdirilib.








banner

Oxşar Xəbərlər