• şənbə, 20 Aprel, 18:06
  • Baku Bakı 24°C

Prezident Bakıda bərə terminalının açılışında iştirak edib

22.09.14 13:04 932
Prezident Bakıda bərə terminalının açılışında iştirak edib
APA- nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
Dövlət başçısı əvvəlcə görülən işlərlə bağlı fotostendə və kompleksin maketinə baxıb.
Sonra prezident mərasimdə çıxış edib.
Mərasimdə həmçinin nəqliyyat naziri Ziya Məmmədov və Hollandiyanın “Van Oord” şirkətinin regional direktoru Hans Luijenburq çıxış ediblər.
Daha sonra dövlət başçısı terminalı işə salıb. Prezident İlham Əliyev bərələrin yüklənməsi və terminaldan yola salınması prosesinə baxıb.
banner

Oxşar Xəbərlər