• cümə, 29 Mart, 09:33
  • Baku Bakı 5°C

Prezident Bakı Metropoliteninin bir qrup işçisini mükafatlandırıb

08.11.18 15:57 514
Prezident Bakı Metropoliteninin bir qrup işçisini mükafatlandırıb
Prezident İlham Əliyev Məzahir Nəbiyevə "Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Bakı Metropoliteninin tikintisində xidmətlərinə görə Məzahir Əbilşah oğlu Nəbiyevə "Əməkdar mühəndis” fəxri adı verilsin.
Prezident İlham Əliyev Şaiq Eyubova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Bakı Metropoliteninin tikintisində xidmətlərinə görə Şaiq Veyis oğlu Eyubova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.
Dövlət başçısının digər sərəncamı ilə Bakı Metropoliteninin bir qrup işçisi "Tərəqqi” medalı ilə təltif olunub. Sərəncamda qeyd olunur ki, Bakı Metropoliteninin tikintisində və istismarında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər "Tərəqqi” medalı ilə təltif edilsinlər:
Abdusəmədov Qurban Əli oğlu
Əmrahov Rasim Zeyqəm oğlu
Mehtiyev Rafail Mehti oğlu
Mirzəliyev Əbülfəz Bağman oğlu
Tahirov Xaləddin Şərif oğlu
banner

Oxşar Xəbərlər