• cümə axşamı, 25 aprel, 06:00
  • Baku Bakı 14°C

Prezident Bakı-2015 üçün nəzərdə tutulmuş obyektlərdə olub

03.02.15 07:49 902
Prezident Bakı-2015 üçün nəzərdə tutulmuş obyektlərdə olub
Azərbaycan prezidenti ilk Avropa Oyunları üçün avtobus deposu və təlim mərkəzi, Bakı İdman Sarayında, həmçinin Zığ gölünün kompleks bərpası layihəsi çərçivəsində görülən işlərlə görülən işlərlə tanış olub
Prezident İlham Əliyev və xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva fevralın 3-də “Bakubus” MMC-nin ilk Avropa Oyunları üçün avtobus deposu və təlim mərkəzində, Bakı İdman Sarayında görülən işlərlə tanış olublar.
APA-nın məlumatına görə, dövlət başçısına avtobus deposu və təlim mərkəzində aparılan işlər barədə məlumat verilib.
Prezident Zığ gölünün kompleks bərpası layihəsi çərçivəsində görülən işlərlə də maraqlanıb.
Sonra prezident və xanımı ilk Avropa Oyunlarında iştirak edən yüksək səviyyəli qonaqların daşınması üçün alınan “Mercedes” markalı mikroavtobuslara baxıblar.
Prezidentə “Bakubus” MMC-nin İVECO markalı yeni avtobusları barədə də məlumat verilib, bildirilib ki, ilkin mərhələdə Fransa istehsalı olan 302 avtobus alınıb.
Daha sonra dövlət başçısı və xanımı Bakı İdman Sarayında aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olublar.
banner

Oxşar Xəbərlər