• cümə, 29 Mart, 19:16
  • Baku Bakı 14°C

İlham Əliyev: “Azərbaycanın inkişafını təmin etmək üçün səylər davam etdiriləcək”

29.09.16 15:38 880
İlham Əliyev: “Azərbaycanın inkişafını təmin etmək üçün səylər davam etdiriləcək”
Azərbaycan Prezidentiİlham ƏliyevBMT-nin baş katibinin müavini,BMTİnkişaf Proqramı rəhbərinin müavini, Avropa vəMDBüzrə Regional Büronun direktoru Cihan Sultanoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, prezidentİlham ƏliyevBMTbaş katibinin müavini Cihan Sultanoğlunun rəhbərlik etdiyi nümayəndə heyətinin V Bakı Beynəlxalq Humanitar Forumunda iştirakının vəBMT-nin baş katibi Pan Gi Munun Forum iştirakçılarına müraciətini yüksək qiymətləndirib.

Dövlət başçısıBMT-nin baş katibinə salamlarını çatdırmağı xahiş edib.BMTkimi nüfuzlu qurumun Azərbaycan dövlətinin fəaliyyətini yüksək qiymətləndirməsinin önəmini vurğulayan prezidentİlham Əliyevbildirib ki, ölkəmizin bütün sahələrdə bundan sonra da inkişafını təmin etmək üçün səylər davam etdiriləcək.

Forumda iştirak etməkdən şərəf duyduğunu deyənBMTbaş katibinin müavini Cihan Sultanoğlu Bakı Forumunun çox vacib bir tədbir olduğunu bildirib. O, Forumun yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib.
Görüşdə V Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti qeyd olunub. Bu Forumda müzakirə edilən məsələlərin, irəli sürülən təşəbbüslərin və multikulturalizm ideyalarının indiki dövrdə bütün dünya üçün vacib olduğu diqqətə çatdırılıb. AzərbaycanınBMTilə humanıtar sahədə uğurlu əməkdaşlıq etdiyi vurğulanıb. Söhbət zamanı müəyyən təhdidlərin aradan qaldırılması üçün dinlərarası və mədəniyyətlərarası əməkdaşlığın möhkəmləndirilməsinin önəmi qeyd edilib. GörüşdəBMT-nin Azərbaycan ilə əməkdaşlığa önəm verdiyi bildirildi, birgə həyata keçirilən proqramlar, o cümlədənBMTİnkişaf Proqramı çərçivəsində reallaşdırılan layihələrdən söhbət açılıb. Bu proqramların bundan sonra da həyata keçirilməsi imkanları müzakirə olunub.
banner

Oxşar Xəbərlər