• cümə, 29 Mart, 15:53
  • Baku Bakı 14°C

Prezident: “Azərbaycanda demokratiya və bütün azadlıqlar təmin olunur”

04.10.17 12:20 1713
Prezident: “Azərbaycanda demokratiya və bütün azadlıqlar təmin olunur”
Azərbaycan prezidentiİlham ƏliyevAvropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğuAvropa İttifaqıŞurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyətini qəbul edib.
APA-nın məlumatına görə, çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan prezidentİlham ƏliyevErmənistan tərəfindən Azərbaycan torpaqlarının bir hissəsinin işğal olunduğunu, həmin ərazilərdə etnik təmizləmə siyasətinin aparıldığını,Xocalısoyqırımının törədildiyini bildirib.
Azərbaycan-Avropa İttifaqıəlaqələrinə toxunan dövlət başçısı quruma üzv ölkələrlə əməkdaşlığın yüksək səviyyədə olduğunu, iqtisadi əməkdaşlığın inkişaf etdiyini diqqətə çatdırıb, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin rolunu vurğulayıb.
Prezidentİlham Əliyevson illərdə Azərbaycan iqtisadiyyatının əldə etdiyi nailiyyətlərdən danışaraq bildirib ki, Azərbaycan irimiqyaslı enerji və nəqliyyat layihələrini icra edir və ölkəmiz Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri layihələrinin icrasında mühüm rol oynayır və beynəlxalq nəqliyyat qovşağına çevrilməkdədir.
Dövlət başçısı çıxışında Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə fəal rolundan danışıb. Azərbaycan prezidenti ölkəmizdə multikulturalizm və dünyəvilik dəyərlərinin qorunub saxlandığını vurğulayıb. Prezidentİlham ƏliyevAzərbaycanda demokratiyanın və bütün azadlıqların təmin olunduğunu da bildirib.
SonraAvropa İttifaqıŞurasının Siyasi və Təhlükəsizlik Komitəsinin sədri Valter Stivens, Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş Fransa, Bolqarıstan və Almaniyadan olan səfirləri çıxış ediblər.
banner

Oxşar Xəbərlər