AZE | RUS | ENG |


Prezident: “Azərbaycanda demokratiya və bütün azadlıqlar təmin olunur”

Prezident: “Azərbaycanda demokratiya və bütün azadlıqlar təmin olunur”
Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyətini qəbul edib.
 
APA-nın məlumatına görə, çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan prezident İlham ƏliyevErmənistan tərəfindən Azərbaycan torpaqlarının bir hissəsinin işğal olunduğunu, həmin ərazilərdə etnik təmizləmə siyasətinin aparıldığını, Xocalı soyqırımının törədildiyini bildirib.
 
Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunan dövlət başçısı quruma üzv ölkələrlə əməkdaşlığın yüksək səviyyədə olduğunu, iqtisadi əməkdaşlığın inkişaf etdiyini diqqətə çatdırıb, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin rolunu vurğulayıb.
 
Prezident İlham Əliyev son illərdə Azərbaycan iqtisadiyyatının əldə etdiyi nailiyyətlərdən danışaraq bildirib ki, Azərbaycan irimiqyaslı enerji və nəqliyyat layihələrini icra edir və ölkəmiz Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri layihələrinin icrasında mühüm rol oynayır və beynəlxalq nəqliyyat qovşağına çevrilməkdədir.
 
Dövlət başçısı çıxışında Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə fəal rolundan danışıb. Azərbaycan prezidenti ölkəmizdə multikulturalizm və dünyəvilik dəyərlərinin qorunub saxlandığını vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanda demokratiyanın və bütün azadlıqların təmin olunduğunu da bildirib.
 
Sonra Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin sədri Valter Stivens, Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş Fransa, Bolqarıstan və Almaniyadan olan səfirləri çıxış ediblər.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6853
GBP 1 İngilis funt sterlinqi 2.2538
TRY 1 Türk lirəsi 0.4659
KWD 1 Küveyt dinarı 5.6320
SEK 1 İsveç kronu 0.2095
EUR 1 Avro 2.0028
CHF 1 İsveçrə frankı 1.7405
USD 1 ABŞ dolları 1.7003