• çərşənbə, 24 Aprel, 05:55
  • Baku Bakı 14°C

Prezident: “Azərbaycan-Rusiya əməkdaşlığı daim diqqət mərkəzindədir”

28.09.17 19:21 1363
Prezident: “Azərbaycan-Rusiya əməkdaşlığı daim diqqət mərkəzindədir”
Azərbaycan prezidentiİlham ƏliyevRusiyanın Stavropol şəhərində keçirilən Rusiya-Azərbaycan VIII Regionlararası Forumunun iştirakçılarına təbrik məktubu göndərib.

APA-nın Stavropola ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, Forum çərçivəsində keçirilən iclasda prezidentin təbrik məktubunu Azərbaycanın iqtisadiyyat naziriŞahin Mustafayevoxuyub.

Prezidentİlham Əliyevtəbrik məktubunda dövlət strukturları və biznes dairələri nümayəndələrinin hər il keçirilən görüşünün ölkələrimizin həyatında mehriban ənənəyə və vacib hadisəyə çevrildiyini bildirib: "Bu gün aydındır ki, bu cür tədbirlər hər iki tərəfi maraqlandıran aktual məsələlərin müzakirə olunduğu nüfuzlu meydançadır. Qeyd edilməlidir ki, əməkdaşlığımızın prioritet istiqamətləri, ticarət-iqtisadi, humanitar sahələri daim diqqət mərkəzindədir. Forumda ikitərəfli əməkdaşlığımızın əsas aspektlərinə baxılır, müqavilələr imzalanır, biznes layihələri inkişaf etdirilir. Sözsüz ki, bütün bunlar iki ölkə arasında konstruktiv dialoqun dərinləşməsinə, yeni perspektivlər və imkanların açılmasına böyük töhfə verir. Əminəm ki, bugünkü forum çərçivəsində yeni ideyalarınız, birgə layihələriniz yaranacaq, hansı ki, bunların həyata keçirilməsi Rusiya və Azərbaycan arasındakı qarşılıqlı anlaşmanı daha da möhkəmləndirəcək".

Azərbaycan prezidenti Forum iştirakçılarına uğurlar arzulayıb.
banner

Oxşar Xəbərlər