• şənbə, 20 Aprel, 15:04
  • Baku Bakı 23°C

Prezident: “Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib”

18.04.18 15:25 962
Prezident: “Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib”
"Biz bu illər ərzində ölkə daxilində enerji təminatını yaxşılaşdıra bilmişik, böyük infrastruktur layihələri icra edilib”.
APA-nın məlumatına görə, bunu bu gün prezidentİlham ƏliyevMilli Məclisdə andiçmə mərasimində söyləyib.
Dövlət başçısı deyib ki, son 15 ildə 30-dan çox elektrik stansiyası tikilib: "Onların generasiya gücü 3900 meqavata bərabərdir. Müqayisə üçün deyə bilərəm ki, bizim indi ümumi generasiya gücümüz təqribən 6,5 min meqavata bərabərdir. Onun 3,9 min meqavatını biz 15 ildə yarada bilmişik. Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib”.
Prezidentİlham Əliyevbildirib ki, Azərbaycanda qazlaşdırma bu ilin sonuna qədər 95 faizə çatacaq: "Hesab edirəm ki, bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir və biz bundan sonra da bu işlərlə məşğul olacağıq”.
Dövlət başçısı nəzərə çatdırıb ki, əgər 2004-cü ilin əvvəlindən hesablasaq, bu ilin sonuna qədər ölkəmizdə 15 min kilometr yeni yol çəkilişi təmin edilmiş olacaq: "Bu proses bundan sonrakı illərdə də davam edəcək. Bütün kənd yolları ilə bağlı təkliflər artıq bizə daxil olub. İmkan olduqca biz bütün kənd yollarını yenidən quracağıq. Bu istiqamətdə artıq böyük işlər görülüb”.
Prezidentİlham Əliyevqeyd edib ki, 2004-cü ildə Bakının su təchizatı ilə bağlı problemləri çox ciddi idi: "O vaxt Bakı sakinlərinin 29 faizi davamlı təmiz içməli su ilə təmin olunurdu. Bu gün bu rəqəm 81 faizə çatıb. Ölkə üzrə isə 2004-cü ildə təqribən 20 faiz əhali içməli su ilə təmin edilirdi, hazırda bu rəqəm 67 faizə çatıb. Bundan sonrakı illərdə bu günə qədər görə bilmədiyimiz işləri biz başa çatdıracağıq. Bütün şəhərlərdə, bütün kəndlərdə insanlar təmiz içməli su ilə təmin olunmalıdırlar. Bizim proqramlarımızda bu var. Bu da infrastruktur layihələri arasında xüsusi yer tutan sahədir”.
banner

Oxşar Xəbərlər