• cümə, 19 Aprel, 10:16
  • Baku Bakı 13°C

Prezident: "Azərbaycan-Avropa İttifaqı əlaqələri dinamik inkişaf edir"

17.07.17 19:19 1395
Prezident: "Azərbaycan-Avropa İttifaqı əlaqələri dinamik inkişaf edir"
İyulun 17-də Azərbaycan Respublikasının Prezidentiİlham ƏliyevLatviya Respublikasının Seymində olub.

APA-nın məlumatına görə, prezident İlham Əliyevi Latviya Seyminin sədri İnara Murnietse qarşılayıb.

İnara Murnietse Seymin bir qrup deputatını prezidentİlham Əliyevə təqdim edib.

Latviya Seyminin sədri prezidentİlham Əliyevə Seymin fəaliyyəti barədə məlumat verib və iclas zalı ilə tanış edib.

Sonra xatirə şəkilləri çəkdirilib.

Dövlət başçısı Latviya Seyminin fəxri qonaqlar kitabını imzalayıb.

Daha sonra prezident İlham Əliyevin Latviya Seyminin sədri İnara Murnietse ilə görüşü olub.

Latviya Seyminin sədri ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyib.

Bakıya səfərini məmnunluqla xatırlayan İnara Murnietse Azərbaycan Prezidenti İlham Əliyevin Latviyaya rəsmi səfərinin də ikitərəfli münasibətlərin inkişafında yeni səhifə açacağını vurğulayıb.

Öz növbəsində, prezidentİlham ƏliyevAzərbaycan-Latviya əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini deyib. Latviya parlamentinin sədri ilə Bakıda görüşünü məmnunluqla xatırlayan dövlət başçısı ölkələrimiz arasında siyasi əlaqələrin uğurla inkişaf etdiyini, parlamentlərarası əməkdaşlığın ikitərəfli münasibətlərə böyük töhfə verdiyini bildirib. Ölkələrimizin iqtisadi əlaqələrinin genişlənməsi üçün də yaxşı imkanların olduğunu deyən prezidentİlham Əliyevqeyd edib ki, mədəniyyət, humanitar və turizm sahələrində də əməkdaşlıq üçün böyük imkanlar var. Prezidentİlham Əliyevölkəmizdə həyata keçirilən siyasi-iqtisadi islahatlar və beynəlxalq nəqliyyat layihələri barədə danışıb. Beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanla Latviyanın uğurla əməkdaşlıq etdiyini deyən prezidentİlham ƏliyevAzərbaycan-Avropa İttifaqıəlaqələrinə toxunub, bu əlaqələrin dinamik inkişaf etdiyini bildirdi, Avropa İttifaqının Azərbaycanın enerji, qaz, nəqliyyat sahələrində irəli sürdüyü layihələri dəstəklədiyini vurğulayıb.

Latviya Seyminin sədri Avropa İttifaqında Azərbaycanı daim dəstəklədiklərini bildirib. Latviyanın mövqeyinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməsindən ibarət olduğunu deyən İnara Murnietse cəbhə xəttində iki azərbaycanlı mülki şəxsin – nənə və nəvənin qətli ilə nəticələnən son hadisədən təəssüfləndiyini bildirib, qeyd edib ki, əfsuslar olsun, cəbhə bölgəsində bu cür vəhşilik halları davam edir.

Prezidentİlham Əliyevtəmas xəttində mülki əhalinin qətli ilə nəticələnən son hadisələrdən danışıb, bu hadisə, həmçinin münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı Latviyanın mövqeyinə görə minnətdarlığını bildirib.
banner

Oxşar Xəbərlər