• cümə, 19 Aprel, 17:56
  • Baku Bakı 25°C

Prezident: “Azad edilmiş torpaqlar erməni vəhşiliyinin şahididir”

17.03.21 12:21 425
Prezident: “Azad edilmiş torpaqlar erməni vəhşiliyinin şahididir”
Sonra dövlətimizin başçısı, birinci xanım və Leyla Əliyeva Pənahəli xanın sarayının qalıqlarına baxdılar.
APA-nın məlumatına görə, bu tikili Şuşa şəhərinin tarixi mərkəzində yerləşir və Qarabağ xanlığının banisi Pənahəli xanın iqamətgahı olmuş tarixi saray idi. Erməni vandalları işğal zamanı bu tarixi binanı da dağıdıblar.
Prezident İlham Əliyev bildirib ki, bura Pənahəli xanın sarayı olub: "Şuşanı quran, Şuşanı salan Pənahəli xan özü üçün burada saray tikdirib. İndi görün, ermənilər nə günə salıblar bu sarayı. Tarixi abidə idi. Mənfur düşmən gəlib bizim torpağımızı zəbt edib, insanları qovub, tarixi abidələrimizi dağıdıb, söküb, vandallıq edib, barbarlıq edib”.

Dövlətimizin başçısı qeyd edib ki, bütün beynəlxalq təşkilatlar gəlsinlər, görsünlər bunu: "Erməniləri müdafiə edən, onları dəstəkləyən, onlara həmişə arxa, dayaq olan dairələr gəlsinlər, görsünlər bu vəhşilər nə ediblər”.
Azərbaycan Prezidenti deyib ki, azad edilmiş torpaqlar erməni vəhşiliyinin şahididir: "Dünya tarixində buna oxşar vəhşilik bəlkə də olmamışdır. Gələsən, başqasının torpağında yaşayasan, sonra fürsətdən istifadə edib buradan yerli əhalini qovasan, öldürəsən, yandırasan, soyqırımı törədəsən. Sonra da o xalq ki, sənə qucaq açıb, səni qəbul edib, sənə burada yaşamağa imkan verib, onun tarixi abidəsini bax, bu günə qoyasan. Vəhşilik. Mən deyəndə ki, sanki vəhşi qəbilə keçib buradan, bax, bu mənzərəni nəzərdə tuturam”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

banner

Oxşar Xəbərlər