• cümə axşamı, 28 mart, 17:00
  • Baku Bakı 16°C

Prezident: “Azad edilmiş ərazilərə bundan sonra da xarici nümayəndələri, jurnalistləri, diplomatik korpus nümayəndələrini dəvət etməliyik”

07.01.21 14:49 398
Prezident: “Azad edilmiş ərazilərə bundan sonra da xarici nümayəndələri, jurnalistləri, diplomatik korpus nümayəndələrini dəvət etməliyik”
"Azad edilmiş ərazilərə biz bundan sonra da xarici nümayəndələri, jurnalistləri, diplomatik korpus nümayəndələrini, Azərbaycana səfər edən nümayəndə heyətlərini dəvət etməliyik. Misal üçün bu ay ICESCO-nun nümayəndə heyətinin səfəri gözlənilir”.
APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə deyib.
Dövlət başçısının sözlərinə görə, yaxşı olardı ki, nümayəndə heyətinin bəzi üzvləri azad edilmiş ərazilərə getsinlər, ermənilərin, Ermənistan rəhbərliyinin dağıtdığı məscidlərə də baş çəksinlər, o məscidlərin qalıqlarına da baxsınlar və bütün dünya müsəlmanlarına bu barədə daha dolğun məlumat versinlər: "Nəinki dünya müsəlmanlarına, bütün dünyaya ki, bizim tarixi, dini abidələrimiz düşmən tərəfindən necə dağıdılıb”.
banner

Oxşar Xəbərlər