• cümə axşamı, 25 aprel, 15:51
  • Baku Bakı 23°C

PA-da yeni şöbə müdiri təyin edilib

17.01.18 17:55 814
PA-da yeni şöbə müdiri təyin edilib
Prezidentin Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçisi vəzifəsi ləğv edilib. APA-nın məlumatına görə, bu,Prezident Administrasiyasının bu gün yenilənən strukturunda əksini tapıb.

Prezident Administrasiyasının 31 may 2017-ci ildə təsdiqlənmiş yeni strukturunda Prezidentin Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçisi-şöbə müdiri vəzifəsi yer alıb və bu vəzifəyə indiyə qədər təyinat olmayıb. Bu gün isə Prezidentin Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçisi-şöbə müdiri vəzifəsiPrezident Administrasiyasının strukturundan çıxarılıb, bu vəzifə Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri vəzifəsi kimi verilib.

Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri vəzifəsinə isə Etibar Nəcəfov təyin edilib. Prezident İlham Əliyevbununla bağlı müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, Etibar Nəcəfov yeni təyinata qədər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.

Etibar Əli oğlu Nəcəfov 1963-cü il martın 7-də Gəncədə ziyalı ailəsində anadan olub.

1980-ci ildə Daşkəsən rayonunda orta məktəbi, 1985-ci ildə Leninqrad Dövlət Universitetinin fəlsəfə fakültəsini fərqlənmə diplomu ilə bitirib və universitetin fəlsəfə fakültəsinin əyani aspiranturasına "Sosial fəlsəfə” ixtisası üzrə qəbul olub.

1988-ci ildə "Elmi- texniki tərəqqinin sürətlənməsində imkan və gerçəklik dialektikası" mövzusunda namizədlik, 2004-cü ildə "Mədəniyyətinin və sivilizasiyanın ictimai inkişafda dialektikası” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

1989-cu ildən Bakı Slavyan Universitetində müəllim, baş müəllim, dosent, Beynəlxalq əlaqələr üzrə prorektor, kafedra müdiri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Fəlsəfə və Sosial Psixologiya” kafedrasının müdiri vəzifəsində işləyib.
banner

Oxşar Xəbərlər