• cümə axşamı, 28 mart, 19:18
  • Baku Bakı 13°C

Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olundu

31.10.18 19:52 624
Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olundu
Azərbaycanın əldə etdiyi uğurlar Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin alternativsizliyini göstərir. Trend-in məlumatına görə, bunu "Doing Business 2019” hesabatına həsr olunmuş mətbuat konfransında Prezident Administrasiyasının nümayəndəsi Vüsal Şıxəliyev deyib. O vurğulayıb ki, Azərbaycanda həyata keçirilmiş islahatlar hesabatda rekord nəticəyə nail olmağa imkan verdi. Belə ki, Azərbaycan öz mövqeyini 32 pillə yüksəldərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb. MDB ölkələri arasında Azərbaycan 1-ci yeri tutub.
Prezident Administrasiyasının nümayəndəsi qeyd edib ki, Azərbaycan ilk 10 islahatçı ölkə sırasına daxil olub və ən çox islahat keçirmiş ölkə elan olunub. Azərbaycan "Doing Business” reytinqində 10 göstəricidən 8-i üzrə mövqeyini yaxşılaşdırıb: "Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi kimi, neft qiymətlərinin ucuzlaşmasına baxmayaraq, Azərbaycanda keçirilən islahatlar 2015-ci ilin sonundan daha da dərinləşdirildi və yeni xarakter daşımağa başladı. Ölkədə keçirilmiş iqtisadi islahatlar nəticəsində maliyyə sabitliyi və iqtisadi artım bərpa olundu, bir çox sahələrdə, xüsusilə də kənd təsərrüfatı, qeyri-neft sənayesi və digər sektorlarda mühüm irəliləyiş əldə olundu”.
V.Şıxəliyev vurğulayıb ki, həmin islahatlar nəticəsində biznesin yaradılması, tikinti icazəsinin alınması, elektrik şəbəkələrə qoşulma, mülkiyyətin qeydiyyatı və digər indikatorlar üzrə irəliləyişlər əldə olunub.
Qeyd edək ki, respublika Prezidenti tərəfindən ölkədə sahibkarlığa dəstək məqsədilə biznes mühitinin bütün sahələri, xüsusilə biznesə başlama, tikinti üçün icazələrin alınması, elektrik təchizatı şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, vergilərin ödənilməsi, əmlakın qeydiyyatı, xarici ticarətin aparılması üzrə əhəmiyyətli irəliləyiş baş verib.
Dövlət-biznes tərəfdaşlığında qarşılıqlı inam daha da artıb, bu münasibətlər gələcək iqtisadi inkişafın təməl prinsipinə çevrilib.
Prezidentin güclü siyasi iradəsi və davamlı dəstəyi sayəsində aparılan kompleks iqtisadi islahatlar digər nüfuzlu beynəlxalq reytinqlərlə yanaşı, "Doing Business 2019” hesabatının da bütün indikatorlarını əhatə edib.
Aparılan islahatlar nəticəsində vətəndaşların və sahibkarların məmnunluğunun artırılması, bu sahədə şəffaflığın təmin olunması ilə yanaşı, müxtəlif sektorlar üzrə inzibati prosedurların sayının və xərclərin minimuma endirilməsi, dövlət xidmətlərinin göstərilməsində keyfiyyətin daha da yüksəlməsinə nail olunub.
banner

Oxşar Xəbərlər