• şənbə, 20 Aprel, 08:39
  • Baku Bakı 14°C

Prezident: "Ağdamın işğal altında olmasına baxmayaraq, onun təmsilçiləri Avropanı fəth edirlər"

24.08.17 19:06 2208
Prezident: "Ağdamın işğal altında olmasına baxmayaraq, onun təmsilçiləri Avropanı fəth edirlər"
"Bu gün Azərbaycanın "Qarabağ” futbol klubu dünyanın məşhur idman komandaları ilə yarışır və gələcəkdə də yarışacaq. Bütün xarici kütləvi informasiya vasitələrinin xəbərlərində artıq Azərbaycanın "Qarabağ” klubu haqqında verilişlər gedir. "Qarabağ” futbol klubunun qələbəsi ölkəmizin təbliğində önəmli hadisədir”.

APA-nın xəbərinə görə, bunu bu gün "Qarabağ” futbol klubunun üzvlərini qəbul edən prezidentİlham Əliyevdeyib.

Prezident qeyd edib ki, bununla bütün dünya yenə də Qarabağın Azərbaycan torpağı olduğunu görür: "Ağdamşəhərinin işğal altında olmasına baxmayaraq, onun təmsilçiləri Avropanı fəth edirlər. Bu, bir daha göstərir ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Biz öz torpağımızda yaşayırıq və hamımız torpaqlarımızın işğaldan azad olunması arzusu ilə yaşayırıq. Hər bir qələbə və istənilən sahədə uğurumuz bu günü daha da yaxınlaşdırır. Ötən ilin aprel döyüşləri göstərdi ki, Azərbaycan istənilən vaxtda öz ərazi bütövlüyünü bərpa edə bilər. Bu gün hərbi potensialımız bizə imkan verir ki, döyüş bölgəsində bütün vəziyyətə nəzarət edək və öz iradəmizi diktə edək. İdmanda da belədir. İdman sevincini idmançılar bizə bəxş edir. Bu tarixi qələbədir, tarixə yazılıb. Çox ədalətlidir ki, məhz "Qarabağ" klubu bu qələbə imza atdı. Əminəm ki, qrup mərhələsində də ölkəmizi uğurla təmsil edəcəksiniz".
banner

Oxşar Xəbərlər