• cümə, 29 Mart, 19:45
  • Baku Bakı 14°C

Prezident Ağdamda düşmən atəşi nəticəsində ziyan dəymiş evlərin tikintisi və bərpası ilə tanış olub

03.12.16 17:36 1244
Prezident Ağdamda düşmən atəşi nəticəsində ziyan dəymiş evlərin tikintisi və bərpası ilə tanış olub
Dekabrın 3-də Azərbaycan prezidentiİlham Əliyevvə xanımı Mehriban Əliyeva bu ilin aprelindəAğdamrayonunun yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində ziyan dəymiş evlərin tikintisi, bərpası və təmiri işlərinin vəziyyəti ilə maraqlanıblar.
APA-nın məlumatına görə, dövlət başçısına və xanımına məlumat verilib ki, hərbi əməliyyatların getdiyi dövrdəAğdamrayonunda 50 ev müxtəlif dərəcədə dağıntılara və zədələnmələrə məruz qalıb. Ziyan görən evlərdən 8-i son dövrdə həyata keçirilən tədbirlər nəticəsində yenidən tikilib, 15-i bərpa olunub, 27-si isə təmir edilib.
Prezident və xanımıAğdamın Mahrızlı kəndində Bakir Hüseynovun yeni tikilmiş evində yaradılan şəraitlə tanış olublar.
Sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib.
banner

Oxşar Xəbərlər