• çərşənbə, 24 Aprel, 22:21
  • Baku Bakı 23°C

Prezident ABŞ-ın “Black Rock” şirkətinin icraçı direktoru ilə görüşüb

22.01.18 21:11 523
Prezident ABŞ-ın “Black Rock” şirkətinin icraçı direktoru ilə görüşüb
Yanvarın 22-də Davosda Azərbaycan prezidenti İlham Əliyevin dünyanın ən böyük investisiya qurumu olan ABŞ-ın "Black Rock” şirkətinin təsisçisi, müşahidə şurasının sədri və icraçı direktoru Lourens Fink ilə görüşü olub.

APA-nın xəbərinə görə, Lourens Fink rəhbərlik etdiyi şirkət barədə prezidentİlham Əliyevə məlumat verib. O, hazırda 30-dan çox ölkədə 70-dən artıq ofisi olan "Black Rock” şirkətinin 6,3 milyard ABŞ dolları investisiya portfeli ilə dünyanın ən böyük investisiya şirkəti olduğunu bildirib.

Azərbaycanda qeyri-neft sektorunun inkişafının, bu sahədə həyata keçirilən islahatların maraqla izlənildiyini deyən Lourens Fink ümidvar olduğunu bildirib ki, yaxın illərdə Azərbaycan Respublikası "Black Rock” şirkətinin təkcə investor qismində deyil, həm də investisiya hədəfi qismində də çıxış edəcək. Lourens Fink yaxın zamanlarda Azərbaycana səfər edəcəyini və ölkəmizin investisiya imkanları ilə bir daha tanış olacağını məmnunluqla bildirib.

Prezidentİlham ƏliyevAzərbaycan Dövlət Neft Fondu ilə "Black Rock” şirkəti arasında yaranan əməkdaşlığın məmnunluq doğurduğunu bildirib. Dövlət başçısı son illər ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirilən səmərəli islahatlardan danışıb. Prezidentİlham ƏliyevAzərbaycanın liderliyi və təşəbbüsü ilə həyata keçirilən qlobal layihələr, o cümlədən Cənub Qaz Dəhlizi,Bakı-Tbilisi-Qarsdəmir yolu, eləcə də Ələt azad ticarət zonası layihələrindən danışıb, bu layihələrin investisiya qoyuluşu üçün çox səmərəli olduğunu bildirib.
banner

Oxşar Xəbərlər