• şənbə, 20 Aprel, 00:48
  • Baku Bakı 15°C

Prezident Abdullah Gülü və Ərdoğanı təbrik etdi

28.10.13 17:34 1489
Prezident Abdullah Gülü və Ərdoğanı təbrik etdi
Prezident İlham Əliyev Türkiyənin milli bayramı – Respublika gününün 90-cı ildönümü münasibətilə bu ölkənin baş naziri Rəcəb Tayyip Ərdoğana və prezident Abdullah Gülə təbrik məktubu göndərib.
Dövlət başçısının təbrikində deyilir: “Sizə və Sizin simanızda bütün Türkiyə xalqına Azərbaycan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi yetirirəm. Bu gün Türkiyə özünün iqtisadi yüksəlişi və beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi ilə dünyada böyük nüfuz qazanıb. Biz Türkiyənin uğurlarına sevinir və bundan qürur hissi duyuruq. Ortaq milli mənəvi dəyərləri bölüşən xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı və tərəfdaşlığı dövlətlərarası münasibətlərimizin əsasını təşkil edir. Əminəm ki, tarixin bütün sınaqlarından çıxmış birliyimiz gələcək nəsillərə ən böyük ərməğan olacaq. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.
banner

Oxşar Xəbərlər