• cümə, 19 Aprel, 22:35
  • Baku Bakı 24°C

Prezident 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncam imzalayıb

10.01.18 18:27 1644
Prezident 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncam imzalayıb
Azərbaycan prezidentiİlham Əliyev2018-ci ilin Azərbaycanda"Azərbaycan Xalq Cümhuriyyətiİli” elan edilməsi haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, sərəncamda qeyd olunur ki, 2018-ci ildəAzərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam olur və bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə Azərbaycan prezidentinin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli 2867 nömrəli sərəncamına əsasən, Azərbaycan RespublikasınınNazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb.
Bu tədbirlərlə yanaşı,Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar ölkədə və ölkə xaricində silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
banner

Oxşar Xəbərlər