AZE | RUS | ENG |

Premyer Liqanın yeni sponsoru ilə müqavilə imzalandı

Premyer Liqanın yeni sponsoru ilə müqavilə imzalandı
Azərbaycan çempionatı “Topaz Premyer Liqası” adı altında keçiriləcək


Dünən Azərbaycan Premyer Liqasının yeni sponsoru ilə müqavilənin imzalanması mərasimi keçirilib. Qol.Az-ın məlumatına görə, bununla bağlı sənədi Peşəkar Futbol Liqasının və “Azərinteltek" şirkətinin rəhbərliyi imzalayıblar.
Bu müqaviləyə əsasən, altıncı turdan etibarən Azərbaycan çempionatı “Topaz Premyer Liqası” adı altında keçiriləcək. Müqavilə üç il müddətinə bağlanıb.
“Bu gün Topaz Premyer Liqasının adının rəsmiləşdiyi gündür. Bu münasibətlə hər 2 tərəfi – həm Peşəkar Futbol Liqasını, həm də “Topaz” şirkətini təbrik edirəm”. Bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
O, Topaz Premyer liqasının sponsorluğu ilə bağlı peşəkar Futbol Liqası və “Topaz” şirkəti arasında rəsmi imzalama mərasimində bu əməkdaşlıq haqda fikirlərini bildirib: “Bu əməkdaşlıq Azərbaycan futbolunun inkişafına xidmət edəcək. Bundan əvvəl çempionat 3 il Unibank Premyer Liqası adlanırdı. Topaz Premyer Liqası isə daha uzunmüddətli olacaq”.
“Topaz” təkcə Premyer Liqanın adında olmayacaq”
“Premyer Liqanın sponsorluğu üçün verəcəyimiz məbləğ bizim reklam fondumuzdan ayrılmayıb. Biz Azərbaycan futbolunun inkişafına gəlirimizin bir hissəsini xərcləyəcəyik”. Bu sözləri isə “Azərinteltek” şirkətinin Direktorlar Şurasının sədri Əhməd Geylani Sezər deyib.
O, təmsil etdiyi qurumun Peşəkar Futbol Liqası ilə Premyer Liqanın sponsorluğu ilə bağlı müqavilənin rəsmi imzalama mərasimində çıxış edib. Sezər “Topaz”ın Azərbaycan futbolunda daha yaxından iştirak edəcəyini bildirib: “Topaz” təkcə Premyer Liqanın adında deyil, Azərbaycan futbolunun hər yerində olacaq. Bununla bağlı bir sıra layihələrimiz olacaq. Məsələn media üçün ilin yazarı, ilin yazısı kimi mükafatlar təsis edəcəyik”.
Sezər klub nümayəndələrinin, futbolçuların və rəsmilərin pul qoyuluşu edərək danışılmış oyunların iştirakçısı olmaması üçün Topaz Premyer Liqasının qarşılaşmalarına mərc qəbulunun dayandırılmayacağını bildirib: “Çempionatın oyunları təkli mərc fürsəti ilə təqdim edilmir. Bu zaman eyni kuponda ən azı 3 oyunun proqnozunu göstərmək lazımdır”.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9274
GEL 1 1 Gürcüstan larisi 0.6343
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2120
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1876
CHF 1 1 İsveçrə frankı 1.6906
KWD 1 1 Küveyt dinarı 5.5905
TRY 1 1 Türkiyə lirəsi 0.3112