• şənbə, 20 Aprel, 06:18
  • Baku Bakı 14°C

Premyer Liqanın tarixinə düşdü - Başı ilə

22.05.17 15:25 1157
Premyer Liqanın tarixinə düşdü - Başı ilə
"Stok Siti”nin hücumçusu Piter Krauç Premyer Liqanın tarixinə düşüb.
Kaspi.az xəbər verir ki, Krauç 38-ci turda "Sautqempton”la oyunda fərqlənib və komandası 1:0 hesabı ilə qalib gəlib. Hücumçu qolu başı ilə vurub.
Bu, Krauçun Premyer Liqada başla vurduğu 50-ci qol olub. O, liqanın tarixində başla 50 qol vuran ilk futbolçu kimi tarixə düşüb. Krauç uğuruna belə münasibət bildirib:
"Karyeranın uğurlu alınması üçün bir çox futbolçulara sürət lazımdı. Ancaq mən heç vaxt sürətimlə diqqəti çəkməmişəm. Bu, mənə xas keyfiyyət olmayıb. Ancaq mənim başqa bir üstünlüyüm var. Bu üstünlüyün yaxın zamanlarda itəcəyini isə düşünmürəm”.
Krauç cari mövsümdə 27 oyun keçirib, 7 qol vurub, 2 qol ötürməsi edib.
banner

Oxşar Xəbərlər