AZE | RUS | ENG |

Premyer Liqada tarixi derbi

Premyer Liqada tarixi derbi
Topaz Premyer Liqasında IX tura əlamətdar oyunla start verilir


Oktyabrın 19-da Topaz Premyer Liqasında IX tura start veriləcək. Tur Bakıda tarixi derbi ilə başlayacaq. “Neftçi” və “Kəpəz” arasında oyunlar, xüsusilə 90-cı illərdə böyük maraq doğurub. Sadəcə, fərq ondadı ki, “ağ-qaralar” indi də çempionluq uğrunda mübarizə aparırsa, gəncəlilər daha çox güclülər dəstəsində qalmağa çalışırlar.
“Turan” – AZAL oyunu Əfqan Talıbovun uzun fasilədən sonra milli çempionata qayıdışı və Tovuz klubunun baş məşqçisi kimi debütü baxımından diqqət çəkir.
Tofiq Bəhramov adına Respublika stadionunda yenidənqurma işlərindən sonra daxili yarışlarda ilk oyun bu tur olacaq. Mərkəzi arenada ev matçlarını keçirəcək “Qarabağ” uzun müddət həmin məkanda rəqiblərini qəbul etmiş “Bakı” ilə qarşılaşacaq. Hər 2 komanda son oyunlarda xal itkilərinə məruz qaldığından, qələbə üçün meydana çıxacaq.
Həmin gün Bakıda digər maraqlı oyun “Şəfa” stadionunda keçiriləcək. Lider “Simurq”u tarixində heç vaxt qalib gəlmədiyi “İnter”lə səfər matçı gözləyir. Zaqatalalılar yenə uduzarsa, cari mövsümdə ilk məğlubiyyətini alacaq və bununla, Premyer Liqada məğlubedilməz komanda qalmayacaq.
Öz meydanında ardıcıl olaraq “Neftçi” və “Bakı”nı yenən “Sumqayıt” bu dəfə autsayder “Rəvan”ə qəbul edəcəyindən, qələbə şansı daha çoxdur.
17 yaşadək qızlardan ibarət yığmalar arasında ölkəmizdə dünya çempionatı artıq başa çatdığından, orada matçlar keçirilən stadionlar klubların sərəncamına verilib. Bunun məntiqi nəticəsidir ki, Respublika və “Səfa” stadionunda olduğu kimi, Lənkərandakı mərkəzi arenada da çempionat oyunu keçiriləcək.
“Xəzər Lənkəran”la “Qəbələ”nin dueli də turun maraqlı oyunlarından sayılır. Özü də yerli çalışdırıcılar – vaxtilə bir yerdə oynayan Yunis Hüseynovla Ramiz Məmmədovun çalışdırdığı komandaların turnir cədvəlində qonşu olmağı matça əlavə rəng qatır. Yəni lənkəranlılar tura yekun vuracaq oyunda qalib gələrsə, “Qəbələ”ni keçərək, turnir cədvəlində onu arxada qoyacaq.

19 oktyabr
16:00. “Neftçi” – “Kəpəz”
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Ramiz Əsədov, Teymur Fərhadov
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

20 oktyabr
16:00. “Turan” – AZAL
Hakimlər: Rəhim Həsənov, Knyaz Əmiraslanov, Elşən Acalov, Feyzulla Feyzullayev
Tovuz. Şəhər stadionu

16:00. “Qarabağ” – “Bakı”
Hakimlər: Əliyar Ağayev, Elman Musayev, Rza Məmmədov, Ramil Əhmədov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

18:00. “İnter” – “Simurq”
Hakimlər: Anar Salmanov, Zeynal Zeynalov, Vaqif Musayev, Ramiz Məhərrəmov
Bakı. “Şəfa” stadionu

21 oktyabr
16:00. “Sumqayıt” – “Rəvan”
Hakimlər: Fariz Yusifov, Munis Abdullayev, Namiq Hüseynov, Tahir Əhmədov
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu

17:15. “Xəzər Lənkəran” – “Qəbələ”
Hakimlər: Rauf Cabbarov, İlham Əliyev, Azər Əsgərov, Fuad Həsənov
Lənkəran. Şəhər Mərkəzi stadionu

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946