• cümə axşamı, 18 aprel, 11:19
  • Baku Bakı 12°C

Premyer Liqada ən dəyərli klub: Nə “Siti”dir, nə də...

30.04.20 11:07 586
Premyer Liqada ən dəyərli klub: Nə “Siti”dir, nə də...
İngiltərənin "Evening Standard" nəşri Liverpul Universitetinin menecment məktəbinə istinadən İngiltərə Premyer Liqasında klubların dəyəri ilə bağlı araşdırma dərc edib.
Kaspi.az xəbər verir ki, Premyer Liqanın ən dəyərli klubu "Tottenhem” hesab olunub. London klubunun bir il ərzində dəyəri 1,8 milyard funtdan 2,6 milyarda yüksəlib.
Buna səbəb isə 2019-cu ildə komandanın ÇL-in finalına yüksəlməsi və növbəti dəfə Premyer Liqada ilk dörd komanda arasında qərarlaşması olub.
Üstəlik, digər nəhənglərə nisbətən, "Tottenhem”in futbolçulara ödədiyi məvacib 150 milyon funt azdır. Ötən mövsüm klubun gəliri 21 faiz artıb. Amma bununla belə, büdcənin cəmisi 39 faizi məvacibə yönəldilib.
banner

Oxşar Xəbərlər