• cümə, 29 Mart, 04:38
  • Baku Bakı 7°C

Premyer Liqa təcrid olunmuş düşərgədə keçiriləcək?

30.03.20 13:37 647
Premyer Liqa təcrid olunmuş düşərgədə keçiriləcək?
İngiltərə Premyer Liqasının rəhbərliyi çempionatın davam etdirilməsi üçün bir sıra variantları müzakirə edir.
Kaspi.az xəbər verir ki, belə variantlardan biri də çempionatın təcrid olunmuş düşərgələrdə keçirilməsidir. Belə düşərgənin Londonda və ölkənin mərkəzi hissəsində yaradılması planlaşdırılır.
Futbolçular və texniki heyət karantin şəraitində yaşayacaqlar. Qarşılaşmaların keçirilməsi üçün stadionlardan yox, klubların bazasından yararlanmaq nəzərdə tutulur. Oyunlar televiziyada yayımlanacaq.
Bundan əlavə, qarşılaşmaların stadionlarda azarkeşlərsiz keçirilməsi də müzakirə olunur. Amma məlumata görə, əksər klublar təcrid olunmuş düşərgələrin tərəfdarıdır.
banner

Oxşar Xəbərlər