• çərşənbə, 17 Aprel, 00:11
  • Baku Bakı 14°C

Premyer Liqa: "Sumqayıt" səfərdə "Səbail"i məğlub edib

10.03.18 20:50 715
Premyer Liqa: "Sumqayıt" səfərdə "Səbail"i məğlub edib
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun daha bir görüşü keçirilib.
"Report" xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması "Bayıl Arena”da debütant "Səbail”lə "Sumqayıt” arasında oynanılıb.
Matç qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə topu 69-cu dəqiqədə Amil Yunanov vurub.
Bununla da, "Sumqayıt" xallarını 31-ə çatdıraraq, 4-cü pillədə möhkəmlənib. İndi "gənclik şəhəri" təmsilçisi 3-cü yerdə gedən "Zirə"dən cəmi 1 xal geri qalır. "Səbail" isə 17 xalla 6-cı pillədə qərarlaşıb.
Tura saat 19:00-da start götürən "Qarabağ" - "Zirə" matçı ilə yekun vurulacaq.
İlk oyun günündə "Qəbələ" səfərdə "Kəpəz"i 1:0, "Neftçi" evdə "Keşlə"ni 3:2 hesabı ilə yenib.

banner

Oxşar Xəbərlər