• cümə, 29 Mart, 17:17
  • Baku Bakı 14°C

Premyer Liqa: "Neftçi" "Zirə" ilə heç-heçə edib

24.02.18 21:15 703
Premyer Liqa: "Neftçi" "Zirə" ilə heç-heçə edib
Futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turu çərçivəsində daha bir oyun keçirilib.
"Report" xəbər verir ki, həftənin ikinci oyununda "Neftçi" və "Zirə" komandaları qarşılaşıblar.
"Bakcell Arena"da baş tutan görüşdə hesabı meydan sahibləri açıblar. "Ağ-qaralar"ın heyətində 22-ci dəqiqədə İqnasio Herrera baxımlı qola imza atıb. Lakin qonaqlar 30-cu dəqiqədə yeni transferləri Evans Uilyamsın dəqiq zərbəsi ilə hesabı bərabərləşdiriblər.
Qarşılaşmanın 76-cı dəqiqəsində qonaqların futbolçusu İlkin Muradov qırmızı vərəqə alsa da, meydan sahibləri say üstünlüyündən istifadə edə bilməyiblər. Oyun 1:1 hesabı ilə başa çatıb.
Bu heç-heçədən sonra "Zirə" 32 xalla 3-cü, "Neftçi" isə 20 xalla 5-ci pillədə qalıb.
Qeyd edək ki, turun ilk oyununda sensasiya qeydə alınıb. Debütant "Səbail" çempionluğa iddialı "Qəbələ"ni məğlub edib - 2:1. XVII həftəyə fevralın 25-də keçiriləcək
"Qarabağ" - "Kəpəz" və "Keşlə" - "Sumqayıt" oyunları ilə yekun vurulacaq.

banner

Oxşar Xəbərlər