• cümə axşamı, 28 mart, 20:19
  • Baku Bakı 13°C

Pravoslavlar Pasxa bayramını qeyd edir

08.04.18 10:00 1150
Pravoslavlar Pasxa bayramını qeyd edir
Bu gün pravoslavlar Pasxa bayramını qeyd edir.

APA-nın məlumatına görə, Pasxa xristian dünyası üçün müqəddəs dini bayramdır və İsa peyğəmbərin dirilişinə həsr edilib.

Pasxa bayramı bu il pravoslav təqvimi ilə aprelin 8-də qeyd edilir. Ənənəyə görə, dindarlar cümə axşamı səhər kuliç bişirir, axşam pasxa hazırlayır, şənbə günü onları kilsəyə aparır, şənbə günündən bazar gününə keçən gecə isə Pasxanın və İsanın Dirilməsi bayramının başlanmasını bildirən Xaç yürüşü edirlər.
Prezidentİlham ƏliyevPasxa bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasını təbrik edib.

banner

Oxşar Xəbərlər