• cümə, 26 Aprel, 22:43
  • Baku Bakı 22°C

Praqada kitab qalası

19.02.18 12:10 1136
Praqada kitab qalası
Çexiyanın paytaxtı Praqanın Bələdiyyə kitabxanasında möhtəşəm bir sənət əsəri sərgilənib. Slovak əsilli çex incəsənət xadimi Matej Kren həm heykəltəraşlığa, həm rəssamlığa, həm də ədəbiyyata böyük bir hədiyyə bəxş edib. "İdiom” adı verilmiş memarlıq və ədəbiyyat nümunəsi olan bu qala kitablardan inşa edilib. "Guardian”-da yer alan xəbərə görə, kitabxana istifadəçilərindən böyük maraq görmüş və nümayiş günü Çexiyada sosial şəbəkələrdə ən çox danışılan mövzuya çevrilmiş qala yüzlərlə kitabın ölçü, rəng uyğunluğu əsasında qurulub. Kitab qalanın qarşı tərəfdən qoca ağac təsiri bağışlayan oyuğu var. Qalanın tavanına və döşəməsinə diametri ölçüsündə güzgülər yerləşdirilib. Bu isə oyuqdan boylananların gözündə sonsuz bir tunel görüntüsü yaradır.
Kitab qalası fikri ilk dəfə 1995-ci ildə "Sao Paulo İnternational Bienal” festivalında səslənib. Slovak sənətçi isə məhz həmin ideyadan yola çıxaraq, ərsəyə gətirdiyi kitab qalasına silindrik forma verib. Kitabların düzülüşündə rəng uyğunluğuna diqqət verildiyi üçün qalanın kənardan görünüşü göy qurşağını xatırladır. Qala bir ay sərgilənəcək. Sonra isə qala söküləcək və kitablar öz yerlərinə yığılacaq.
Kitablara sonsuzluq görüntüsü verərək, onların bəşər tarixində və insan həyatındakı rolunu böyük bədii ustalıq və məna ilə çatdıran Krenin əl işinə tamaşa etməyə gələnlər növbə yaradıb. Xadim bu nümunə ilə sonsuz bilgi bazasının rifah bir gələcəyin qaynağı olduğuna və bu bazanın durmadan yenilənməsinə diqqət çəkib.
banner

Oxşar Xəbərlər