• çərşənbə axşamı, 23 aprel, 21:34
  • Baku Bakı 20°C

Praqada Azərbaycan-Çexiya əlaqələri müzakirə olunub

16.03.18 09:40 635
Praqada Azərbaycan-Çexiya əlaqələri müzakirə olunub
Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev martın 15-də bu ölkənin sənaye və ticarət naziri Tomaş Hünerlə görüşüb.
Görüşdə ölkələrimiz arasında münasibətlərin mövcud vəziyyəti və perspektivləri, eləcə də Tomaş Hünerin cari ildə Azərbaycana planlaşdırılan səfərinə hazırlıq ilə bağlı müzakirələr aparılıb. Həmçinin ölkələrimiz arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın fəaliyyəti yüksək qiymətləndirilib, komissiyanın növbəti iclasının cari ilin ikinci yarısında Praqada keçirilməsi barədə müzakirələr aparılıb.
Tərəflər Azərbaycan ilə Çexiya arasında enerji sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini bildiriblər. Ölkələrimizin qeyri-neft sektorundakı potensialı nəzərə alınaraq, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi üzrə səylərin davam etdiriləcəyi vurğulanıb.
banner

Oxşar Xəbərlər