• cümə axşamı, 28 mart, 16:59
  • Baku Bakı 16°C

Postsovet məkanının ən populyar lideri

11.12.18 09:15 499
Postsovet məkanının ən populyar lideri
Azərbaycan Prezidenti İlham Əliyev "İnstagram" sosial şəbəkəsində abunəçilərinin sayına görə postsovet məkanının ən populyar liderləri arasında yer alıb.
Trend-in məlumatına görə, BCW (Burson Cohn & Wolfe) beynəlxalq PR agentliyinin "Dünya liderləri İnstagram-da" (World Leaders on Instagram) adlı araşdırması zamanı əsasən bu sosial şəbəkədə 426 dövlət akkauntunun, o cümlədən Azərbaycan Prezidentinin və Xarici İşlər Nazirliyinin səhifələri təhlil edilib.
Hesabat göstərir ki, postsovet məkanında ilk beşliyə daxil olan liderlərdən Rusiyanın Baş naziri Dmitri Medvedevin 2,91 milyon, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin 831,7 min, Azərbaycan Prezidenti İlham Əliyevin 236,7 min, Ukrayna Prezidenti Petro Poroşenkonun 123,6 min, Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayevin isə 77,9 min abunəçisi var.
Dünya reytinqində Hindistanın Baş naziri Narendra Modinin 15 milyona yaxın, İndoneziya Prezidenti Coko Vidodonun 12 milyondan çox və ABŞ Prezidenti Donald Trampın 10 milyondan artıq abunəçisi qeydə alınıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 4,35 milyon abunəçi ilə İlk onluqda (6-cı yer) yer alıb.
Araşdırmaya əsasən, son bir il ərzində Azərbaycan Prezidentinin hesabında 142 yazı (139-u foto, 3-ü isə video ilə) yerləşdirilib. Ümumilikdə isə bu postları 1,038 milyon nəfər bəyənib və 2859 şərh yazılıb. Akkauntun auditoriyası son 1 il ərzində 65 420 nəfər artaraq 236 749 abunəçiyə çatıb.
banner

Oxşar Xəbərlər