• cümə, 26 Aprel, 15:36
  • Baku Bakı 23°C

Portuqaliya parlamenti “Qolodomor”u Ukrayna xalqının soyqırımı kimi tanıyıb

04.03.17 11:20 763
Portuqaliya parlamenti “Qolodomor”u Ukrayna xalqının soyqırımı kimi tanıyıb
Portuqaliya parlamenti 1932-1933-cü illərdə baş vermiş hadisələri ("Qolodomor”) Ukrayna xalqının soyqırımı kimi tanıyıb.
APA-nın məlumatına görə, bu barədə Ukrayna prezidentiPyotr Poroşenkoözünün "Twitter” səhifəsində yazıb.
Poroşenko bununla əlaqədar rəsmi Lissabona minnətdarlığını bildirib.
Portuqaliya parlamentinin qəbul etdiyi qətnamə 1932-1933-cü illərdə Ukrayna SSR ərazisində kütləvi aclıq səbəbindən insanların ölümünü soyqırımı kimi tanıyır və bunu pisləyir. Sənədötən əsrin 30-cu illərində Ukraynada baş vermiş hadisələrə oxşar halları pisləməyə çağırır.
Qeyd edək ki,1932-1933-cü illərdəStalin rejiminin yürütdüyü siyasətnəticəsində 7 milyon ukraynalı aclıqdan ölüb.
banner

Oxşar Xəbərlər