• çərşənbə, 24 Aprel, 19:31
  • Baku Bakı 23°C

Savçenkonu rus hərbçiləri ilə dəyişdirdilər - Yenilənib

25.05.16 14:25 938
Savçenkonu rus hərbçiləri ilə dəyişdirdilər - Yenilənib
12:37
Ukrayna prezidentinin təyyarəsi Nadejda Savçenkonu vətənə gətirmək üçün Rusiyaya uçub
Rusiyada həbsdə olan pilot, baş leytenant, Ali Radanın deputatı, "Ukrayna qəhrəmanı” Nadejda Savçenko bu gün Ukraynada məhkum olunmuş Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) zabitləri Yevgeni Yerofeyev və Aleksandr Aleksandrovla dəyişdirilə bilər.
APA-nın "İnterfaks”a istinadən verdiyi xəbərə görə, Ukrayna prezidenti Pyotr Poroşenkonun təyyarəsi N. Savçenkonu vətənə gətirmək üçün Rusiyanın Rostov şəhərinə yola düşüb.
"Yaxın saatlarda içində Yerofeyev və Aleksandrovun da olduğu prezident təyyarəsi Rostova enəcək. Savçenko artıq Rostovdadır”, - deyə məlumatlı mənbə bildirib. O, elə aeroporta rus hərbçiləri ilə Savçenkonun dəyişdiriləcəyini söyləyib.
Qeyd edək ki, bu gün P. Poroşenko tərəfindən "QRU” əməkdaşlarının əfv olunması gözlənilir.
---------
14:25
Ukraynalı pilot, Ali Radanın deputatı Nadejda Savçenkonun içində olduğu prezident təyyarəsi Rusiyanın Rostov şəhərindən havaya qalxaraq Kiyevə yola düşüb.
APA-nın xəbərinə görə, bu barədə UNN agentliyi məlumatlı mənbələrə istinadən xəbər yayıb. Rostovda N. Savçenkonu Ukrayna prezidentinin mətbuat katibi Svyatoslav Tseqolko və Ali Radanın sədr müavini İrina Geraşşenko qarşılayıblar.
Prezident Pyotr Poroşenkonun isə Kiyev hava limanında N. Savçenkonu qarşılayacağı xəbər verilir.
P. Poroşenko tərəfindən bu gün əfv edilən Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin (QRU) zabitləri Yevgeni Yerofeyev və Aleksandr Aleksandrov da gün ərzində Rusiya tərəfinə təhvil veriləcək. Artıq Rusiya hökuməti onları təhvil alıb, ölkəyə gətirmək üçün Kiyevə xüsusi təyyarə göndərib.

banner

Oxşar Xəbərlər