• cümə axşamı, 25 aprel, 13:37
  • Baku Bakı 23°C

Poroşenko: Ukrayna Avropa İttifaqına üzvlüyə iddia edə bilər

11.06.17 14:45 1220
Poroşenko: Ukrayna Avropa İttifaqına üzvlüyə iddia edə bilər
Ukrayna gələcəkdə Avropa İttifaqına üzvlüyə iddia edə bilər.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Slovakiya ilə sərhəddəAvropa İttifaqıilə vizasız rejimin qüvvəyə minməsi ilə əlaqədar keçirilən təntənəli tədbirdə Ukrayna prezidenti Petr Poroşenko bəyan edib.
P. Poroşenko deyib ki, Ukrayna islahatlar yolunda böyük irəliləyişlər əldə etdikcə onun və Ukrayna xalqının ölkənin gələcəkdə Avropa İttifaqına üzv olmasının zəruriliyi barədə arqumentləri artır: "Çünki Ukrayna Avropa ölkəsidir".
Qeyd edək ki, bu gündən başlayaraq Ukrayna vətəndaşları Şengen zonasına vizasız səyahət etməyə başlayıb. Ukraynalılar turist və sahibkar qismində, o cümlədən ailə məsələləri ilə əlaqədar 90 gün vizasız səyahət etmək hüququna malikdirlər. UkraynaDövlət Sərhəd Xidmətiilk saat ərzində 600 ukraynalının sərhədi keçdiyini açıqlayıb.
banner

Oxşar Xəbərlər