• çərşənbə, 24 Aprel, 00:09
  • Baku Bakı 14°C

Poroşenko Rusiyanın Donbas separatçılarının sənədlərini tanımasını şərh edib

19.02.17 09:15 846
Poroşenko Rusiyanın Donbas separatçılarının sənədlərini tanımasını şərh edib
Ukrayna prezidenti Pyot Poroşenko Rusiyanın Donbasdakı separatçı rejimin əhaliyə verdiyi sənədləri tanımasına münasibət bildirib.APA-nın "Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, Poroşenko qeyd edib ki, bu, beynəlxalq hüququn Rusiya rəhbərliyi tərəfindən pozulmasına sübutdur.
"Bu, Rusiyanın beynəlxalq hüququ pozmasının və işğal törətməsinin növbəti təsdiqidir”, - deyə o qeyd edib.
Rusiya Ukraynanın Donbas bölgəsindəki "Donetsk Xalq Respublikası” və "Luqansk Xalq Respublikası” separatçı rejimlər tərəfindən istifadəyə verilən sənədləri tanıyıb. Rusiya prezidentiVladimir Putinbununla bağlı fərman imzalayıb.
banner

Oxşar Xəbərlər